“Bakı Metropoliteni” QSC-nin “Bakmil” stansiyası qarşıdakı istirahət günlərində (avqustun 18-19-da) adi qaydada işləyəcək.
Bu barədə Yenicag.az-a qurumdan bildirilib.
Məlumata görə, təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.
Sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.
Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı avqust ayının 8-dən saat 8:20-dən 17:00-a qədər müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən – avqust ayının 20-dən tətbiq ediləcək.