“Baku-2015”-də İsveçrə 2 medal qazanıb

media-hightechnic-468x90
img1834319Bu gün “Bakı-2015” I Avropa Oyunlarında triatlon üzrə yarışlara start verilib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, Bilgəh Çimərliyində qadın idmançılar mübarizə aparıblar. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında mükafatlar uğrunda 53 idmançı qüvvəsini sınayıb.
İsveçrəli Nikola Spiriq bütün rəqiblərini qabaqlayıb. O, finiş xəttinə 2 saat 28 saniyəyə sonra çataraq qızıl medallara yiyələnib. Nikola dağ velosipedi idmanında ən güclü olan Yolanda Neffi ardından ölkəsi üçün 2-ci çempionluğu əldə edib.
Məsafəni 2 saat 1 dəqiqə 44 saniyəyə qət edən hollandiyalı Rayçel Klamer gümüş mükafat qazanıb. 3-cü yeri ondan 2 saniyə geri qalan isveçli Liza Norden tutub.
Azərbaycan qadın triatlonçuların yarışında bir idmançı ilə təmsil olunub. 26 yaşlı Kseniya Levkovska finişə 2 saat 5 dəqiqə 47 saniyəyə çatıb. O, bu nəticə ilə 17-ci yeri tutub.
Qeyd edək ki, sabah kişi triatlonçuların yarışı keçiriləcək.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600