Balakəndə ağac binanın üstünə aşdı-Fotolar

media-hightechnic-468x90

xcBalakəndə ağac ikimərtəbəli binanın üstünə aşıb.

Hadisə Balakən rayonunun mərkəzi küçələrindən biri olan Rafiq Səmədov 54 ünvanında baş verib. Ağac 2 mərtəbəli yaşayış binasının üstünə aşsa da, xəsarət alan olmayıb. Pəncərə şüşələrinin sındığı deyilir.

Sakinlərin verdiyi məlumata görə, yerli Yaşıllaşdırma Təsərrüfat Birliyinin nümayəndələri 1 həftə öncə əraziyə baxış keçiriblər və aşma təhlükəsi olan ağacları kəsiblər. Amma sakinlərin təkidinə baxmayaraq, bu ağac kəsilməyib.

Yerli sakinlər hadisədən dərhal sonra aidiyyəti strukturların əraziyə baxış keçirdiyini və aşan ağacın ərazidən uzaqlaşdırdığını bildiriblər.

Xatırladaq ki, hidrometeoroloji proqnozlara görə, Balakən və ətraf rayonlarda küləyin sürəti son zamanlar artıb.

axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa