Balakəndə iki avtomobil toqquşdu

media-hightechnic-468x90

скачанные файлы (1)Balakən rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Balakən rayon Polis Şöbəsindən (RPŞ)  verilən məlumata görə, hadisə Balakən-Şanbul avtomobil yolunda baş verib. 1948-ci il təvəllüdlü, Balakən rayonunun Şanbul kənd sakini Kamil Məhəmməd oğlu Labazanovun idarə etdiyi “Merceds” markalı, 08 BE636 dövlət nömrə nişanlı avtomobillə 1978-ci il təvəllüdlü, Balakən rayonu Şanbul kənd sakini Ömər Məhəmməd oğlu Tunabasovun idarə etdiyi “Pajero” markalı, 90 CU 291 dövlət nömrəli avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri – 66 yaşlı Kamil Labazanov, 36 yaşlı Ömər Tunabasov və Ömər Tunabasovun sərnişini, 1981-ci il təvəllüdlü, Balakən rayonunun Qaysa kənd sakini Rafiq Mamed oğlu Nuxasov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan  bildirilib ki, Kamil Labazanov xəstəxananın reanimasiya şöbəsinə, Ömər Tunabasov və Rafiq Nuxasov isə cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600