Balakəndə narkokuryer saxlanıldı
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, rayonun Sarıbulaq kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Barxalovun evində narkotik vasitə saxladığı barədə Balakən RPŞ-ə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Zaur Barxalovun yaşadığı evdən küllü miqdarda – 722,46 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlayıb, Zaur Barxalov barəsində Balakən Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan qərarı çıxarılıb.
Qeyd edək ki, Balakən RPŞ əməkdaşlarının son iki gün ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu fakt daxil olmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 Balakən rayon sakini tutularaq istintaqa təhvil verilib.