Bank sistemində “oyunun qaydaları” DƏYİŞİR – İqtisadçı AÇIQLADI

media-hightechnic-468x90

“İstənilən şəxs bundan sonra istənilən banka maaş və ya təqaüdünü köçürə biləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Partiya sədri yeni alınmış qərarı şərh edərək qeyd edib ki, banklar arasında rəqabət mühiti formalaşmağa başlayacaq:

“Mərkəzi Bankın rəhbərliyinin verdiyi məlumata görə, artıq bununla bağlı danışıqlar yekunlaşır. İstənilən şəxs öz maaş və təqaüdünü istənilən banka köçürdə biləcək. Bununla bağlı artıq infrastruktur danışıqları tamamlanmaq üzrədir. Çox güman ki, bu ilin ikinci rübündə, daha doğrusu, bir neçə aya bu proses yekunlaşa bilər. Banklardakı rəqabət mühitini artıra biləcək bir faktora çevirə bilər. Çünki buna qədər böyük banklar kiçik banklar qarşısında üstünlük əldə etmişdilər. Bundan sonra istənilən şəxs öz maaşını və ya təqaüdünü istənilən banka köçürə biləcək”.

Xatırladaq ki, bundan bir neçə gün öncə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib. Onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Bildirilib ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600