!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankir xanım məşhur övladı imiş - Ölümü ilə bağlı ŞOK FAKTLAR - FOTOLAR

!Reklam – Yazi

Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzasını törətmiş şəxslə bağlı yeni faktlar üzə çıxıb.

Yenicag.az xəbər xəbər verir ki, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı 16 yaşlı sərxoş “sürücü”nün qurbanı olub. Sürücülük vəsiqəsi olmayan Qurbanəli Qurbanov “Nissan” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək, L.Süleymanlını vurub və aldığı xəsarətlərdən o, hadisə yerindəcə dünyasını dəyişib. Publika.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində “Nissan” markalı avtomobillə 1981-ci il təvəllüdlü Süleymanlı Ləman Rafiq qızını vurub öldürən 2002-ci il təvəllüdlü Qurbanov Qurbanəli Eyyub oğlunun sürücülük vəsiqəsi olmayıb.

L.Süleymanlı ölümündən 3 gün əvvəl sosial şəbəkədə sonuncu dəfə cizgi filmi fraqmenti paylaşaraq “böyümək istəmirəm, mənə uşaqlığımı qaytarın”, cümləsini yayıb.

Azxəbərin-in apardığı araşdırma zamanı məlum olub ki, Ləman Süleymanlı maliyyə sektorunda çalışır və məşhur övladıdır. Mərhum yoldaşları ilə işdən evə gələrkən yarıyolda fikrini dəyişərək, nənəsigilə getməyi qərara alıb. Bu zaman yol keçərkən onu maşın vurub.

Ləman Rafiq qızı Süleymanlı 1981-ci ilin aprel ayında Bakı şəhərində anadan olub. 1998-ci ildə Xətai rayonu 204 saylı orta məktəbini, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2004-cü illərdə isə magistr dərəcələri üzrə bitirib. Əmək fəaliyyətinə bank sahəsində başlayan Ləman Süleymanlının son iş yeri “AzərTürkBank” olub. Bu bankda mühasib – şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan, rus və ingilis dillərində peşəkar biliklərə malik olan maliyyəçi xanım gənclər üçün təşkil olunan bir çox təlimlərdə mühazirələr söyləyib. Ölkəmizi beynəlxalq miqyaslı tədbirlərlə ləyaqətlə təmsil edib.

Məhrumun atası Rafiq Süleymanlı əməkdar müəllimdir. Heydər Əliyev adına Liseydə çalışan R.Süleymanlı Xətai rayon Təhşil şöbəsinin müdir müavini olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları zamanı sualların tərtibatında yaxından iştirak edib və qurumun eksperti olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Anası Pəri Süleymanlı isə “Evrika Liseyi”nin direktor müavinidir. Buna qədər isə Heydər Əliyev adına Liseydə direktor müavini olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Daha bir istedadlı və parlaq bir gənc “trafik canavarı”nın qurbanı oldu. Daha dəqiq ifadə etsək, maşına qudurğan münasibət onun arzularını yarımçıq qoydu. Sonda qeyd edək ki, L.Süleymanlı subay idi.

Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub.

Dəhşətli hadisədə vəfat edən Ləmanın bəzi fotolarını təqdim edirik:

www.yenicag.az

2790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv