Barəsində həbs qərarı verilən həmyerlimiz Rusiyada “agent” elan olundu

media-hightechnic-468x90

Rusiya Ədliyyə Nazirliyi xarici agentlər siyahısına “The Bell” nəşrini əlavə edib. Onun bir sıra əməkdaşları reyestrdə ayrıca xarici agent kimi deyil, “iştirakçı” kimi qeyd olunub.

Reyestrə həmçinin “Dojd” telekanalının jurnalisti Mixail Fişman, ictimai xadim Rostislav Morquzalov və filosof Ruben Apresyan da daxil edilib.

Bununla yanaşı, xarici agentlərin siyahısını “Nə? Harada? Nə zaman?” oyununda ekspert olan Rövşən Əsgərovun adı salınıb.

Qeyd edək ki, bu il mayın sonunda Moskvanın Basmannı məhkəməsi onu sosial şəbəkədə marşal Georgi Jukov haqqında mesaj dərc etdikdən sonra başlayan nasizmin reabilitasiyası ilə bağlı iş çərçivəsində qiyabi həbs edib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi həmyerlimizi axtarışa verib, lakin o bundan bir qədər öncə Rusiyanı tərk edib./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa