“Barselona” Messinin vida matçının hazırlaşır
“Barselona” sabiq oyunçusu Lionel Messi üçün vida matçının hazırlığına başlayıb.
Yenicag.az bu barədə “Catalunya Radio”suna istinadən xəbər verir.
Klub 2026/27 mövsümünün sonunda keçirilməsi planlaşdırılan matçın keçirilməsi üçün artıq Messidən ilkin razılıq alıb.
Messi “Barselona”nın yetirməsidir. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi “Barselona”nın heyətində dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu qzanıb, iki dəfə Amerika Kubokunun qalibi və səkkiz dəfə “Qızıl top”un qalibi adına saib çıxıb.
O, daha sonra PSJ və “İnter Mayami”də çıxış edib.