“Barselona”nın baş məşqçisi yenə ən yaxşı seçildi

media-hightechnic-468x90

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu ada “Barselona”nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb.

O, Manuel Pelleqrini (“Betis”) və Klaudio Giraldezi (“Selta Viqo”) qabaqlayaraq. Almaniyalı mütəxəssis hazırkı mövsüm ərzində artıq 4-cü dəfə bu mükafatı qazanır. 

“Barselona” mart ayında La Liqada 2 oyun keçirib və bu matçların hər birində qalib gəlib.

Qeyd edək ki, katalonlar turnir cədvəlinə 60 xalla (27 oyun) liderlik edirlər. Eyni xal sayı olan “Real” (28 oyun) 2-ci, 56 xalı olan (28 oyun) “Atletiko” 3-cü yerdədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa