“Barselona” – PSJ oyunu “Kamp Nou”da keçirilməyəcək

media-hightechnic-468x90

İspaniyanın “Barselona” klubunun UEFA Çempionlar Liqasının II turunda Fransanın PSJ klubuna qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

Yenicag.az Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma Barselona şəhərindəki “Olimpik Lyuis Kompanis” arenasında təşkil olunacaq.

Matçın “Barselona”nın əsas stadionu olan “Kamp Nou”da keçirilməməsinin səbəbi təmirə bağlanan arenanın açılması üçün lazımi inzibati icazələrin hələ də alınmamasıdır.

Qeyd edək ki, “Barselona” – PSJ görüşü oktyabrın 1-də reallaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa