“Barselona”dan əzmkar qələbə – VİDEO

Futbol üzrə İspaniya La Liqasında 19-cu turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, lider “Barselona” bu gün səfərdə “Real Sosyedad”la qarşılaşıb. 6 qolun qeydə alındığı görüş qonaqlar üçün uğursuz başlayıb. Lakin 39-cu dəqiqəyə qədər 0:2 hesabıyla geridə olan Kataloniya təmsilçisi möhtəşəm əzmkarlıq nümayiş etdirərək, meydandan qələbə ilə ayrılıb.

Həmin oyunun videoicmalını təqdim edirik:

İspaniya La Liqası
19-cu tur
12 yanvar

“Real Sosyedad” – “Barselona” 2:4
Qollar: Xose, 11. Xuanmi, 34 – Paulinyo, 39. Suares, 51; 71. Messi, 85.