!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş ağrısını yaradan SƏBƏBLƏR – Həkim nələri tövsiyə edir?

!Reklam – Yazi

“Yuxu rejimi, qida qəbulunun düzgün olmaması, gərginlik, əsəbililik, həyəcan, havanın dəyişməsi, geomaqnit qasırğası kimi hallar baş ağrısına səbəb ola bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanlarda baş ağrılarını yaradan səbəblər və dərman qəbulunda diqqət olunması lazım olan məqamlar barədə danışan nevroloq Rəna Abbasova deyib.

Onun sözlərinə görə, baş ağrıları insanlarda ən çox rast gəlinən şikayətlərdən biridir.

“Səbəbi nə olursa, olsun insanlar başları ağrıyan zaman mütləq ağrıdan xilas olmağa çalışırlar. Bunun üçün də əl altında olan yaxud da kiminsə tövsiyə etdiyi istənilən ağrıkəsicidən istifadə edirlər. Elə insanlar var ki, bu problemdən hər gün əziyyət çəkir və hər gün də dərman qəbul etməyə çalışır. Lakin ağrıkəsicilərin uzunmüddətli istifadəsi, 3 aydan çox davamlı olan dərman qəbulunun özü isə ayrıca baş ağrısı əmələ gətirə bilir. Bu da dərmana bağlı ağrı olur”, – deyə o əlavə edib.

R.Abbasova qeyd edib ki, baş ağrıları ilə bağlı çox faktordan danışmaq olar.

“Yuxu rejimi, qida qəbulunun düzgün olmaması, gərginlik, əsəbililik, həyəcan, havanın dəyişməsi, geomaqnit qasırğası kimi hallar baş ağrısına səbəb ola bilər. Baş ağrıları isə ümumilikdə iki qrupa – birinci və ikinci növ ağrılara bölünür. İkinci tip baş ağrıları hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Ürək-damar, infeksion, hər hansı törəmənin olması, digər orqanlarda olan şişlər, qan azlığı xəstəlikləri də baş ağrılarına səbəb ola bilir.

Birinci ağrılara isə miqren xəstəliyini misal göstərmək olar. Burada ağrı hər hansı bir səbəb olmadan baş verir. Bu zaman ağrıkəsici seçimi individualdır. Əgər xəstəyə yüngül miqren diaqnozu qoyularsa, xəstə yüngül ağrıkəsicilərdən istifadə edə bilər.

Bəzən də ağrılar kəskin ola bilir. Digər bir ağrı növü isə gərginlikdən yaranan ağrıdır. Uzun müddət gərgin iş rejimində işləyən, əsəb sistemində narahatlığı, depresiyası olan insanlarda bu gərginliyə səbəb olur. Bu fonda xəstədə baş ağrıları özünü göstərə bilir. Bu zaman xəstədə gərginliyin özünü aradan qaldırmaq lazımdır.

İqlim dəyişməsi, geomaqnit qasırğası zamanı da xəstələrdə müəyyən baş ağrıları ola bilər. Bu zaman xəstə ağrıkəsicilərdən istifadə edə bilər, lakin bu iki həftədən çox davam edərsə mütləq şəkildə həkimə müraciət olunmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv