!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir bir sıra qərarlar imzaladı

!Reklam – Yazi

Nazirlər Kabineti rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydalarını təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda Rəqabət Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və rəqabət orqanının qərarı əsasında müxtəlif məhsul bazarının və bazarlarının monitorinqinin aparılması qaydalarını müəyyən edir.

Bu Qayda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş monitorinqlərə şamil edilmir.

***

Nazirlər Kabineti təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi qaydasını təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Rəqabət Məcəlləsində nəzərdə tutulan maliyyə hesabatları 4 komponentdən ibarətdir: “Maliyyə vəziyyəti haqqında hesabat”; “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”; “Kapitalda dəyişikliklər haqqında hesabat”; “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa və ya dolayı metod)”. Bu hesabatlar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqdim olunmalıdır.

***

Nazirlər Kabineti maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları) təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Kredit təşkilatlarının müvafiq bazarda bazar paylarının hesablanmasında aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
– Banklar və maliyyə xidmətləri sahəsində lisenziya almış poçt rabitəsinin milli operatoru üzrə son hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
– Bank olmayan kredit təşkilatları üzrə son hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
– Kredit ittifaqları üzrə son hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi.

Sığorta bazarının peşəkar iştirakçıları üçün bazar paylarının müəyyən edilməsində isə bu meyarlar tətbiq olunur:
– Sığortaçılar üzrə son hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda);
– Sığorta brokerləri və agentləri üzrə son hesabat ili ərzində yığılmış komisyon haqları.

Kapital bazarlarının iştirakçıları üzrə bazar paylarının hesablanmasında istifadə edilən kəmiyyət meyarları:
– İnvestisiya şirkətləri üçün fond birjasında (və ya birjalarında) son hesabat ilində qeydə alınmış ticarət dövriyyəsinin həcmi;
– İnvestisiya fondları üçün fondun və ya onun idarəçisinin son hesabat ilində cəmi müştəri aktivlərinin həcmi;
– Klirinq təşkilatları üçün hesabat ili ərzində tənzimlənən bazarda həyata keçirilmiş əməliyyatların cəmi həcmi.

Bank olmayan ödəniş xidməti təchizatçıları üzrə bazar paylarının müəyyən edilməsində əsas meyar son hesabat ili ərzində ödəniş xidmətləri göstərilməsi üzrə əldə edilmiş gəlirlərin həcmi.

Valyuta mübadilə məntəqələri üzrə bazar paylarının hesablanmasında son hesabat ili ərzində aparılmış valyuta mübadilə əməliyyatlarının ümumi həcmi əsas götürülür.

Maliyyə institutlarının bazar payları belə hesablanır: müvafiq bazar iştirakçısının müəyyən zaman aralığında göstərdiyi fəaliyyətin həcmi, həmin bazarın bütün iştirakçılarının eyni fəaliyyət üzrə ümumi həcminə bölünür və nəticə yüzə vurulur.

Kredit təşkilatlarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı banklar, habelə maliyyə xidmətləri sahəsində lisenziya almış poçt rabitəsinin milli operatoru üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi; bank olmayan kredit təşkilatları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi; kredit ittifaqları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi kimi kəmiyyət meyarları əsas götürülür.

Sığorta bazarının peşəkar iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sığortaçılar üzrə sonuncu hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda); sığorta brokerləri və sığorta agentləri üzrə sonuncu hesabat ili ərzində yığılmış komisyon muzdlar kimi kəmiyyət meyarları əsas götürülür.

Kapital bazarlarının iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı investisiya şirkətləri üzrə onların sonuncu hesabat ilində fond birjasında (fond birjalarında) ticarət dövriyyəsinin həcmi; investisiya fondları üzrə fondun və ya investisiya fondunun idarəçisinin sonuncu hesabat ilində cəmi müştəri aktivlərinin həcmi; klirinq təşkilatları üzrə hesabat ili ərzində tənzimlənən bazarda cəmi aparılan əməliyyatların həcmi kimi kəmiyyət meyarları əsas götürülür.

Bank olmayan ödəniş xidməti təchizatçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində ödəniş xidmətlərinin göstərilməsi üzrə əldə edilmiş gəlirlərinin həcmi əsas götürülür. Valyuta mübadilə məntəqələrinin müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində aparılan valyuta mübadilə əməliyyatlarının həcmi əsas götürülür.

Maliyyə institutlarının bazar payları müvafiq bazarın hər bir iştirakçısının müəyyən zaman aralığı ərzində və həmin bazar üzrə təsbit edilmiş coğrafi sərhədlər daxilində qeyd olunan kəmiyyət göstəriciləri üzrə fəaliyyət həcminin müvafiq bazarın bütün iştirakçılarının həmin fəaliyyət üzrə fəaliyyət həcmlərinin cəminə bölünməsinin yüzə vurulması ilə əldə edilir.

www.yenicag.az

80
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv