Tanınmış aktyor QƏZƏBLƏNDİ: “Onları efirə niyə çıxarırsınız?”

media-hightechnic-468x90

“Təəssüflər olsun ki, ictimaiyyətdə bir çox insanlar populyarlıqla istedadı qarışdırırlar”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Reşat Kəsəmənli deyib.

R. Kəsəmənli bu gün özünü aktyor adlandıran qeyri-peşəkarların efirlərdə meydan suladığını bildirib:

“Təəssüflər olsun ki, ictimaiyyətdə bir çox insanlar populyarlıqla istedadı qarışdırırlar.  Bunu dəfələrlə demişəm, yenə də deyirəm, elə bilirlər ki, efirdə çox görünən adam istedadlı adamdır. Düşünürlər, bunu bəyənmək lazımdır, yaxşı aktyordur. Belə bir qanun yoxdur. Bir aktyor üç-dörd ildən bir çəkilə bilər, amma istedadını tam şəkildə  ortaya qoya bilər. Eləsi var, gündə efirdə görünə bilər, amma içində heç bir şey yoxdur. Bəli, sosial şəbəkələrdə elə bir vəziyyət yarınb ki, hamı özünü aktyor sayır. Efirdə iki dəfə o yana, bu yana qaçan adama aktyor deyirlər. İstedad, sərbəstlik başqa şeydir, bunu təkmilləşdirmək üçün təhsil bambaşqa bir şeydir. Yəni istedadın varsa, təhsilin yoxdursa, istedadı önə çıxarmaq çox çətindir. Səhnə danışığını, səhnə hərəkətini, təhlili bilmədən sən istedadını ortaya qoya bilməzsən. Odur ki, günahı, əsasən, televiziya işçilərində görürəm. Efirdə təqdimat yerinə titrlərdə həmin adamların adı altında aktyor yazmayın. Peşəkar aktyora da titrdə aktyor yazırlar, qeyri-peşəkarlara da”.

Aktyor belə insanların efirlərdən yığışdırılması üçün senzuranın bərpa olunmasının vacib olduğunu vurğulayıb:

“Ümumiyyətlə, onları efirə niyə çıxarırsınız? Səbəb nədir? Adamın gündəmdə olması? Əgər elədirsə, çıxarın efirə, ona elə sual verin ki, aktyor olmadığı ortaya çıxsın. Bunu da edə bilmirlər. Senzuranın təcili və ciddi şəkidə bərpa olunmasının tərəfdarıyam. O zaman görək ictimaiyyət arasında o dırnaqarası aktyorlar yenə də populyarlıq qazanacaqlarmı?”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa