Qərbi Azərbaycana qayıdış: "Mədəni irsimizin bərpası məsələsini gündəməyə gətirməyi vacib bilirik" - VİDEO
“Ermənistan rəhbərliyi bizim haqlı tələblərimizi yerinə yetirməyə məhkumdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov söyləyib.
O qeyd edib ki, Qərbi Azərbaycanda əcdadlarımızın min illər ərzində yaratmış olduğu mədəni irs erməni vandalizminə məruz qalıb:
“Biz bu barədə BMT-nin müxtəlif qurumlarına, o cümlədən UNESCO-ya da müraciət etmişik.
Bu gün sürətlə inkişaf edən Azərbaycan Ermənistan sülh prosesində, Qərbi Azərbaycan İcması olaraq, ilk növbədə, mədəni irsimizin bərpası məsələsini gündəməyə gətirməyi vacib bilirik”.
Ətraflı videomaterialda:
Samir Məcid












