Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş nazir şəhid və şəhid ailəsi statusunun verilməsi qaydasında dəyişiklik etdi

Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişib.

Yenicag.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilməsi ilə bağlı qərarında öz əksini tapıb.

Dəyişikliyə əsasən, Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə biləcək.

www.yenicag.az

299
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100