Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.
Məlumata görə, R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə “bandotdel”in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib.
Nazirin digər əmri ilə R. Abbasova yeni təyinat verildiyi bildirilir. Hələ ki, onun hansı vəzifəyə təyin olunması ilə bağlı dəqiq məlumat olmasa da, Abbasovun Nazirliyin Kadrlar İdarəsinin və ya “bandotdel”in rəisi təyin edildiyi deyilir.
Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
***
Məlumatlara görə, DİN sistemində daha böyük dəyişiklik də var. Belə ki, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin də yüksək vəzifəyə təyinat aldığı bildirilir(qafqazinfo).