Baş qaldıran amerikan İMPERİALİZMİ: Tramp dünyaya sahib olmaq istəyərkən ABŞ-ni itirə bilər

media-hightechnic-468x90

Donald Tramp İrana hücum etmək üçün müxtəlif izahatlar təqdim edib: rejimin nüvə proqramı, onun proksi qüvvələrinin ABŞ qoşunlarına hücum tarixi, öz xalqına qarşı təzyiqləri. O, Venesuelaya hücum üçün isə fərqli izahatlar dəsti təklif edib: ölkənin narkotik qaçaqmalçılığında şübhəli rolu və onun ifadəsi ilə desək, “bizim” neftimizi oğurlaması. O həmçinin Qrenlandiyanı əldə etmək, Panama kanalı üzərində təsirini yenidən bərpa etmək və hətta Kanadanı ilhaq istəyi üçün əsaslar gətirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirlər professor Piter Beynartın “New York Times” üçün yazdığı təhlil məqlaəsində yer alıb.

Professor qeyd edib ki, sözügedən əsaslandırmalar bir ortaq mövzunu paylaşır: Birləşmiş Ştatlar milli suverenliyə və beynəlxalq hüquq normalarına məhəl qoymadan xarici liderləri devirməkdə və xarici torpaqlarda hökmranlıq etməkdə azad olmalıdır. O, Trampın “Mənim öz əxlaqım. Mənim öz düşüncəm. Məni dayandıra biləcək yeganə şey budur” sözlərini mmisal gətirərək bildirib ki, AB Prezidentinin xarici siyasət baxışı imperializmdir: “Bu, cənab Trampın daxili idarəetmə üslubuna çox bənzəyən qlobal bir dünyagörüşüdür – hər ikisi möhtəşəm zorakılıq və hüququn məhdudiyyətlərinə nifrət ilə xarakterizə olunur”.

“Aparıcı demokratlar bir vaxtlar xaricdəki imperializm ilə ölkə daxilindəki despotizm arasındakı əlaqəni başa düşürdülər. 19-cu əsrin sonunda cənab Trampın qəhrəmanlarından biri olan prezident Vilyam MakKinli Karib dənizi və Sakit okeanda Amerika imperiyası qurmağa başladı. MakKinlinin 1900-cü il prezident seçkilərindəki demokrat rəqibi Vilyam Cenninqs Brayan iddia edirdi ki, bu fəthlər təkcə Amerika sərhədlərindən kənarda olanların hüquqlarını tapdalamır, həm də Birləşmiş Ştatlarda azadlığı təhlükə altına qoyur”.

Beynartın sözlərinə görə, Brayanın bu mövzusu, demək olar ki, Birləşmiş Ştatların özü qədər qədim idi. 19-cu əsrdə, Birləşmiş Ştatlar qitə boyu yayılaraq yerli torpaqları oğurladığı, yerli əhalini qətlə yetirdiyi və köləliyi genişləndirdiyi bir vaxtda belə tanınmış amerikalılar hələ də özlərinin guya respublikaçı, azadlıqsevər millətini imperialist, despotik Avropa ilə müqayisə edirdilər. 1821-ci ildə Con Kuinsi Adams xəbərdarlıq edirdi ki, əgər Birləşmiş Ştatlar öz iradəsini xarici torpaqlarda insanlara diktə edərsə, onun siyasətinin fundamental prinsipləri hiss olunmadan azadlıqdan gücə doğru dəyişər.

“Amerika İkinci Dünya Müharibəsindən sonra qlobal superdövlətə çevrildikdə prezidentlər əraziləri ölkəyə birləşdirmək cəhdlərini böyük ölçüdə dayandırdılar. Lakin kommunizmlə, daha sonra isə terrorizmlə mübarizə adı altında onlar hələ də xarici torpaqlara nəzarət etmək üçün Amerikanın hərbi gücündən istifadə edirdilər. Buna cavab olaraq antiimperialistlərin yeni nəsilləri – məsələn, 1964-cü ildə Tonkin körfəzi qətnaməsinə qarşı çıxan senator Ueyn Mors və 11 sentyabrdan üç gün sonra hərbi güc tətbiqinə icazə verilməsinə səs verməkdən imtina edən nümayəndə Barbara Li xəbərdarlıq edirdilər ki, bu cür fəthlər Birləşmiş Ştatları korlayacaq”, – məqalədə vurğulanıb.

Professorun sözlərinə görə, müasir imperializmin tənqidçiləri çox vaxt qalib gələ bilmirdilər, lakin onların məntiqi bu gün təsirli ola bilər, çünki müasir tarixdə heç bir digər prezident xaricdəki qanunsuzluqla ölkə daxilindəki qanunsuzluq arasındakı əlaqəni Tramp qədər həyasızcasına nümayiş etdirməyib:

“Keçən sentyabr ayında cənab Tramp yüksək rütbəli hərbi rəsmilər qarşısında çıxış edərkən demişdi: “Biz daxildən işğal altındayıq. Xarici düşməndən heç bir fərqi yoxdur”. Minnesota qubernatoru Tim Uolz bildirib ki, yanvar ayında öz ştatındakı federal hökumətin hərəkətlərini sorğuladıqda Tramp ona deyib: “Venesuelada bu uğurlu oldu”. Ağ Ev sonradan cənab Trampın belə bir müqayisə apardığını təkzib etdi”.

Təhlildə o da vurğulanıb ki, antiimperializm həm də bu anda geniş rəğbət qazanır, çünki amerikalılar xarici təhdidlərdən əvvəlki kimi qorxmurlar. Prezident Corc Buş terrora qarşı müharibəyə başlayanda Aşağı Manhettendə hələ də közlər yanırdı. Bunun əksinə olaraq, Tramp İranın və onun proksilərinin amerikalıları hədəf almasına dair nümunələr tapmaq üçün 1979, 1983 və 2000-ci illərə qədər geri getməli oldu. Sorğular göstərir ki, amerikalılar bu gün milli təhlükəsizlikdən daha çox, mülki azadlıqlar barədə narahatdırlar.

İmperialist fəthlərin ABŞ hökumətinin pulu çox olduğu vaxtlarda ən populyar olduğunu qeyd edən müəllif bu gün başqa mənzərənin möcudluğuna diqqət çəkib: “Bu gün əksinə, federal büdcə kəsiri təxminən 2 trilyon dollardır və amerikalıların çoxu Amerika gücünün tənəzzüldə olduğuna inanır”.

“Müşavirlərinin cənab Trampı ölkə daxilindəki iqtisadi problemlərə diqqət yetirməyə çağırdığı bildirilsə də, o, Amerika hərbi qüdrətinin şousuna vurulub. Nəticədə, o, amerikalıların çoxunun rədd etdiyi müharibələrin ardınca gedir. ABŞ-nin İrana hücumundan bir gün sonra keçirilən “Reuters”/”Ipsos” sorğusu göstərdi ki, amerikalıların 56 faizi – o cümlədən respublikaçıların 23 faizi Trampın gücə həddindən artıq güvəndiyini düşünür”, – Beynart vurğulayıb.

Beynartın sözlərinə görə, yenidən canlanan antiimperialist hərəkat müxtəlif amerikalı qrupları bir araya gətirə bilər: həm beynəlxalq hüququ pozduğu üçün İrana hücuma qarşı çıxan proqressivləri, həm də Amerikanın mənəvi öhdəliklərinin ölkə sərhədlərində bitdiyini düşünərək müharibəyə qarşı çıxan “Öncə Amerika” tərəfdarlarını.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05