!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş tutacaq Brüssel görüşü: "Yenidən təxribatların şahidi ola bilərik"

!Reklam – Yazi

“Biz artıq Ermənistan xislətini yaxşı bilirik. Hər zaman önəmli görüşlər öncəsi cəbhədə təxribaların şahidi oluruq. Bu dəfə də bunun şahidi ola bilərik”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Pasinyan arasında baş tutan görüş öncəsi baş verə biləcək təxribatları dəyərləndirən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Tehran Orucoğlu bildirib ki, Brüssel görüşündən gözləntilər böyükdür:

“Məsələ burasındadır ki, tərəflər Zəngəzur dəhlizi, delimitasiya və demarkasiya prosesi ilə bağlı ortaq məxrəcə gələ bilərlər. Zəngəzur dəhlizinin açılması mütləqdir. Təbii ki, Ermənistanın revanşist qüvvələri yenə aktivləşəcək. Bu gün Paşinyan Ermənistan ordusuna nəzarəti tam ələ ala bilməyib. Yaxın 2-3 gün ərzində, Kəlbəcər istiqamətində mövqelərimizə atəş açılması ilə bağlı Müdafiə Nazirliyi iki dəfə məlumat yayıb. Tərəflər arasında önəmli görüşlər ərəfəsində bu təxribarların şahidi oluruq. Bu onu göstərir ki, ordu hələ də revanşist qüvvələrdən asılıdır. Söhbət Köçəryan və Sarkisyandan gedir.

Artıq zaman daralır. Ermənistanın təxribatlarından asılı olmayaraq Zəngəzur dəhlizi də reallaşacaq, delimitasiya və demarkasiya prosesi də tam başa çatacaq. Brüssel görüşündən gözləntilər böyükdür. Həmçinin Ermənistanın mina xəritələrini tam olaraq Azərbaycana verməsinin şahidi ola biləcəyik”.

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv