Başbağlar qətliamı və “Zaman”ın Türkiyəyə ilk xəyanəti

media-hightechnic-468x90

22_yillik_acinin_adi_basbaglar_h73280_e95c7Türkiyə 90-cı illəri qorxulu illər olaraq, anmaqdadır. Ard-arda gələn sui-qəsdlər, qətliamlarla zəngin bir 10 il. Heç şübhəsiz ki, bu qətliamlar arasında keçən yazımızda xəbər verdiyimiz Sivas Madımak Qətliamı qədər Başbağlar Qırğını da mühüm yer tutur.

2 iyulda gerçəkləşən Sivas hadisəsinin ardınca 5 iyulda Başbağlar qətliamının törədilməsi Türkiyəyə qarşı oynanan oyunların bir parçasıydı. Çünki Sivasda radikal dinçilər ələviləri Madımak Hotelində yandırmışdı. Başbağlarda isə 33 sünni vətəndaş PKK tərəfindən güllələnmişdi.

Ərzincanın Kamaliyyə rayonuna bağlı Başbağlar kəndinə gələn yüzə yaxın PKK terrorçusu gecə azanının oxunduğu zaman məscidə girərək, insanları oradan meydana toplamış və aralarından seçdiyi 29 nəfəri seçib, kəndin kənarında güllə-baran etmişdi. Hadisə ilk öncə ələvilərin sünnilərdən intiqam alması kimi mediaya ötürülmüşdü. Daha sonra PKK lideri Abdullah Öcalan hadisədən xəbərsiz olduğunu və bunun PKK-nin əsas adamlarndan Dr.Baran kod adlı şəxsin planlaşdırdığını iddia etmişdi. Yəni, bu qanlı terror hadisəsinin PKK tərəfindən törədildiyini etiraf etmişdi.

29 nəfəri öldürməklə ürəyi soyumayan PKK kəndi yandırmışdı. 214 ev, məktəb, məscid və iaşə obyektləri yandırılmışdı. Yandırılan evlərdə biri qadın 4 nəfər yanaraq can vermişdi.

Əslində Başbağlar qətliamı da Sivas qətliamı kimi Qladionun Türkiyədə törətdiyi cinayətlərdən biri idi. Sivasda dinçilər, Ərzincanda isə PKK-dan istifadə edilmişdi.

Hadisənin şoku yaşanırkən, Gülənin “Zaman” qəzeti bunu ələvilərin törətdiyi cinayət olaraq, təqdim edərək, Türkiyədə vətəndaş müharibəsi törətməyə çalışmışdı.  “Zaman” qəzeti 21 iyul 1993-cü ildə “Ələvilər adına qətliam” manşeti ilə qətliamı PKK-nın deyil, Başbağlar kəndinin yaxınlığındakı ələvi kəndlərindən olan 16 gəncin törədildiyini və etiraf etdiklərini yazmışdı. “Zaman” eyni zamanda Sivasdakı qətliamı törədənlərin günahsız olduqlarını iddia edərək, provokatorluğunu o zamandan sərgiləmişdi.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600