“Başımı kəsib, sonra yenidən tikdilər” – Xalq artisti

Məşhur rusiyalı aktrisa, bu ölkənin xalq artisti adını almış Natalya Seleznyova səhhətindəki problemlərdən danışıb.

Yenicag.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsi zamanı bildirib ki, həkimlər onun üzərində qorxulu əməliyyat keçiriblər:

“Uzun müddət, həm də çox ciddi ağrılarım vardı. Bu üzdən həkimlər qalxanabənzər vəzi ilə bağlı ağır əməliyyat keçirməli oldular. Onlar mənim başımı kəsib, sonra yenidən tikdilər”.

Onun sözlərinə görə, əməliyyatdan sonra danışa bilməyib. Aktrisa səsini geri qaytarmaq üçün də ağır və uzun sürən sınaqlardan keçməli olub.

Qeyd edək ki, Seleznyova “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Xəlifə-leylək”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “İmpotent”, “Köhnə tanış” və başqa filmlərdə oynayıb.

COP29