Basketbol millimiz finala çıxdı - YENİLƏNDİ
3×3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin yarımfinal oyununda Malta seçməsinə 21-11 hesabı ilə qalib gəlib və finalda Kipr millisinə rəqib olub.
Final oyunu Bakı vaxtı ilə saat 22:15-da baş tutacaq və FIBA-nın rəsmi yutub kanalından canlı yayımlacaq.
***12:14
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.
Yenicag.az xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.
Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.
Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.
Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.