Basketbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi

media-hightechnic-468x90

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib.

Yenicag.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyun günündə 2 qarşılaşma təşkil olunub.

“Lənkəran” doğma meydanda NTD-ni qəbul edib. Lənkəran Olimpiya İdman Kompleksində (OİK) keçirilən görüş qonaqların 87:73 hesablı qələbəsi ilə yekunlaşıb.

“Quba” isə səfərdə “Abşeron”un qonağı olub. Abşeron OİK-də oynanılan matç meydan sahiblərinin üstünlüyü ilə bitib – 96:94.

Qeyd edək ki, 1/8 final mərhələsinə sabah yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600