Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
Yeniçağ.az-ın məlumatına görə, final matçında NTD və “Gəncə” komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib – 81:72.
Qeyd edək ki, ötən mövsüm “Neftçi” bu titula sahib çıxıb.