!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Başlıbel faciəsi zamanı əsir götürülənlərin ADLARI AÇIQLANDI

!Reklam – Yazi

Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanan ünsürlərinin 18 aprel 1993-cü il tarixində Başlıbel kəndində törədilən vəhşilikdən xilas olmaq üçün mağaralarda sığınan mülki əhaliyə etdikləri hücum zamanı 14 nəfər əsir götürülüb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, əsir götürülənlər 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu olub.

Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan doqquz nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv