Bayden elə bildi ki, Harrisin əridir - VİDEO

media-hightechnic-468x90

ABŞ Prezidenti Co Bayden özünü vitse-prezident Kamala Harrisin əri ilə səhv salıb.

media-banner_tkm

Hadisə Ağ Evdə tədbir zamanı baş verib. O, iclasda müavininin iştirak etməməsini onun əri Duqlas Emhoffun koronavirusa yoluxması ilə izah etmək istəyib.

“Səhnədə olanlar arasında nizam bir az dəyişib: birinci xanımın əri koronavirusa yoluxub”, – deyə Bayden bildirib.

Prezidentin yanında əyləşən həyat yoldaşı Cil dərhal ona düzəliş edib: “Birinci xanımın əri sənsən”.

Bayden insanların gülüşündən sonra özünü itirmir:

“Doğurdan da. O haqlıdır. Bu, (birinci xanımın əri – red.) mənəm!” – deyə Bayden gülərək əlavə edib./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05