Bayden və Trampın dövründə gizli sənədlər PAYLAŞILDI – “The Washington Post”

media-hightechnic-468x90

 

ABŞ hökumətində həm Co Baydenin, həm də Donald Trampın prezidentliyi dövründə minlərlə dövlət qulluqçusuna təsadüfən “həssas” sənədlərə giriş imkanı yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

İddiaya görə, içəridən əldə olunan sənədlərə əsasən, Ağ Evə inzibati və texniki dəstək göstərən Ümumi İdarəetmə Xidmətlərinin əməkdaşları bir neçə dəfə sənədlərə giriş parametrlərini səhvən dəyişdirərək onları minlərlə işçiyə əlçatan edib. Beləliklə, “Google Disk”də yerləşdirilən faylların olduğu qovluğa 11 200 nəfərlik heyətin hamısı giriş əldə edib. Onlardan 10 faylda isə təkcə baxış deyil, redaktə icazəsi də avtomatik olaraq açıq olub.

Sızan sənədlər arasında Ağ Evin ziyarətçi mərkəzində partlayışa davamlı qapılarla bağlı təkliflər, Tramp administrasiyasının mətbuat konfransını təşkil edən podratçının hesab detalları və digər bu qəbildən məlumatlar yer alıb. Qovluqdakı 15 sənəddən 9-u “məxfi olmayan, lakin girişə nəzarət edilən məlumat” kimi işarələnib. Bu isə onların qorunmalı məlumatlar kateqoriyasına aid olduğunu göstərir.

Bu cür ilk hadisələrdən biri 2021-ci ilin yazında, Bayden administrasiyası dövründə qeydə alınıb. Həmin vaxt Ağ Evin şərq qanadındakı təhlükəsizlik araşdırmaları və binanın planı əlavə şəxslərə açılıb. Qeyd edək ki, bu qanadda ziyarətçilər üçün giriş və birinci xanımın ofisləri yerləşir. Texniki əməkdaş sənədlərin giriş parametrlərini səhvən dəyişdirmiş və nəticədə xidmətin bütün işçiləri bu fayllara baxmaq və redaktə etmək imkanı əldə etmişdi. 2024-cü ilin dekabrında eyni şəxs bu dəfə Ağ Evin qərb qanadı ilə bağlı hesabatın giriş parametrlərini səhvən açıb. Bu hissədə Oval kabinet, iclas zalı, situasiya otağı və mətbuat zalı yerləşir. Bəzi sənədlər isə illərlə açıq vəziyyətdə qalıb.

Donald Trampın ikinci prezidentliyi dövründə isə belə üç hadisə baş verib. Həmin hallarda xidmətin bütün işçiləri ilə iki “nəzarətli girişli məlumat” faylı və bir bank məlumatı faylı paylaşılıb. Problemi ötən həftə xidmətin inspektoru “Google Disk” istifadəsinə dair təhlükəsizlik yoxlaması zamanı aşkar edib.

Xatırladaq ki, bundan əvvəl Tramp administrasiyası zamanı prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və komandası işlərini koordinasiya etmək üçün “Signal”da çoxsaylı qruplar yaratmışdı.

Yaxın günlərdə isə mediaya sızan məlumata görə, Pentaqon rəhbəri Pit Heqset mart ayında Yəməndə husilərə qarşı həyata keçirilən hücumla bağlı detalları həyat yoldaşı, qardaşı və şəxsi vəkilinin daxil olduğu bir “Signal” qrupunda bölüşüb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600