Bayıldakı mənzərə görənləri heyran qoyacaq-Video

media-hightechnic-468x90

90678Bir aydan sonra Azərbaycanda başlayacaq I Avropa Oyunları ərəfəsində Səbail rayonunda təqdirəlayiq addım atılıb. Bayıl yamacındakı ağ mənzərə görənləri heyran qoyacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, yamacı rəngarəng yox, gözümüz öyrəşməyən, amma eyni zamanda da çox gözəl bir mənzərə – ağ rəngli fasadı və qırmızı dam örtüyü olan evlər bəzəyir.

Bu mənzərəni isə yalnız dənizkənarı bulvar boyu, ya da Dövlət Bayraq Meydanı ərazisindən görmək mümkündür.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən ideya nəticəsində dağ yamacı boyu fərdi yaşayış evlərinin hamısı bu cür rənglənib.

Bu mənzərə daha çox Türkiyənin Bodrum şəhərini xatırladır. Yəni məhz Bodrumda dəniz kənarında yerləşən dağın ətrafındakı fərdi yaşayış evlərinin hamısı bir rəngdədir. Bu da şəhərə gözəlik verən amillərdən biridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600