Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev dağılıb.
Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Səbail rayon icra hakimiyyətinin müavini Abid Əliyev deyib. Onun sözlərinə görə, hazırda əraziyə seysmoloqlar baxış keçirirlər:
“Sürüşmə zonasında 90 ailə əvvəlcədən qeydiyyata alınıb. Onların siyahısı Nazirlər Kabinetinə tədqim olunub. Siyahı təsdiqlənəcəyi halda sakinlərə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək. Sakinlərdən bəzisi qohumlarının evində, bəziləri isə icra hakimiyyəti tərəfindən təyin edilən müvəqqəti sığınacaqlarda məskunlaşıblar. Xəsarət alan olmayıb. Sakinlər gündüzlər əşyalarını götürmək üçün evlərinə gəlir, gecəni isə orada qalmırlar”.
Emin Səfərov
www.yenicag.az