Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayram günü qəzasız ötüşmədi: İki piyada yolda can verdi

Oğuz və Masallı rayonlarında ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 19-da 4 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində Bakı şəhər sakini F.Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Ç.Tahirovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ötən gün 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində də piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası qeydə alınıb. Hələ ki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Loading...

www.yenicag.az

212
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100