Bayram Kürdəxanılı avtomobil vurması nəticəsində ölüb - FOTO

media-hightechnic-468x90

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan “Peugeot” markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa