Bayramov Maka Boçorişvili ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESKO Baş Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətlərini müzakirə edib, həmçinin regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlıq üçün möhkəm təməl yaradır.

Görüşdə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa