Bazar turşularında AÇIQ TƏHLÜKƏ: "Çoxu kimyəvi qatqılarla və yararsız qablarda hazırlanır" - VİDEO
“Bazarlarda satılan turşular, sözün əsl mənasında, təhlükə mənbəyidir”.
Bunu Yenicag.az-a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov deyib.
Ekspert bildirib ki, bazarlarda satılan turşuların böyük bir hissəsi antisanitariya şəraitində, qeyri-steril, üstəlik, yararsız qablarda hazırlanaraq satışa çıxarılır. Turşuların saxlanıldığı qablar arasında tikinti materialları üçün nəzərdə tutulmuş boya vedrələri, plastik bidonlar və digər qidaya uyğun olmayan qablar var:
“Bazarlarda satılan turşuların çoxu kimyəvi qatqılarla hazırlanır və bu, bir sıra mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha təhlükəli hal isə bəzi satıcıların turşunu çürümüş məhsullardan hazırlamasıdır. Bu səbəbdən alıcılar turşunun rənginə və qoxusuna xüsusi diqqət yetirməlidir”.
İlkin Şirinov həmçinin bazarlarda bu məhsullar üzrə xüsusi monitorinqin keçirilib-keçirilmədiyi, laboratoriya nəticələrinin olub-olmadığı barədə ciddi sualların mövcudluğundan bəhs edib.
Son olaraq isə alıcılara tövsiyə edib ki, yalnız markalanması olan, qablaşdırılmış və istehsalçı tərəfindən rəsmiləşdirilmiş məhsullara üstünlük versinlər.
Ətraflı videomaterialda:
Samir Məcid












