Bazarlarda "saxta krevetka" təhlükəsi: Ekspert istehlakçılara xəbərdarlıq etdi

media-hightechnic-468x90

Son dövrlər bazarlarda və sosial şəbəkələr üzərindən satılan dəniz məhsullarının keyfiyyəti ilə bağlı narahatlıqlar artıb. Xüsusilə də krevetka adı altında satılan bəzi məhsulların təbii olmaması, müxtəlif qatqılar və əvəzləyicilərlə hazırlanması istehlakçılar üçün risk yaradır.

Mövzu barədə Yenicag.az-a açıqlama verən qida eksperti İlkin Şirinov əsl dəniz krevetkası ilə saxta və ya emal olunmuş məhsullar arasındakı əsas fərqlərə diqqət çəkib.

Qida eksperti bildirib ki, əsl dəniz krevetkasının özünəməxsus, spesifik dəniz qoxusu olur və bu məhsul yüksək zülal, vitaminlər və omeqa-3 yağ turşuları ilə zəngindir:

“Amma bəzən bazarlarda saxta krevetka və yaxud əvəzləyici məhsullar ola bilər. Xüsusilə sosial şəbəkələr vasitəsilə satışa çıxarılan məhsullarda bu risk daha çoxdur. Bununla belə, Qida Təhlükəsizliyi Agentliyi bu məhsullarla bağlı planlı və plandan kənar reydlər həyata keçirir”.

İlkin Şirinovun sözlərinə görə, istehlakçılar ilk növbədə məhsulun markalanmasına diqqət etməlidirlər:

“Məhsulun satıldığı qabın və ya qablaşdırmanın üzərində tam və dəqiq məlumat olmalıdır. İstehlakçı bunu oxuyub nə aldığını bilməlidir. Əvəzləyici məhsullarda rəngləndiricilər, konservantlar və müxtəlif qatqılar ola bilər. Alıcı bu barədə məlumatlı olmalıdır”.

O, həmçinin saxlama şəraitinin vacibliyini vurğulayıb:

“Soyuq qida zəncirinə əməl olunmaması, krevetkanın dəfələrlə əridilib yenidən dondurulması dadın və toxumanın dəyişməsinə, keyfiyyətin aşağı düşməsinə və qoxu dəyişikliyinə səbəb olur”.

Ətraflı videomaterialda:

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa