BDU-da QİÇS-lə bağlı tədbir keçirilib

media-hightechnic-468x90

9178 (1)Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür. Artıq 26 ildir ki bəşəriyyət QİÇS-lə mübarizə aparır.

Bu münasibətlə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkialtçılığı ilə universitetdə tədbir keçirilib.

Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, ekologiya kafedrasının müdiri prof. Şövqi Göyçalı, habelə universitetin tələbələri iştirak ediblər.

İlk olaraq çıxış edən Daşqın Qənbərov hər kəsi salamlayaraq, Ümumdünya QİÇS-lə mübarizə günü barədə geniş məlumat verib: “XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan biri də QİÇS problemidir.

Ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirilir.

Xüsusilə gənclər birlikləri bu mübarizədə səylərini birləşdirməyə çalışır. Əsas məqsəd insanları maarifləndirmək yolu ilə daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir. Fikrimcə, bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır. Bu onun xəstə və ya sağlam olmasından asılı deyil”, -deyə komitə sədri çıxışında bildirib.

Daha sonra ekologiya kafedrasının müdiri prof. Şövqi Göyçalı çıxış edərək tələbələrə QİÇS və onunla mübarizə üsulları barədə danışıb. BDU-nun aktiv tələbələri Coğrafiya fakultəsi Tələbə Həmkarlar Təşkilatı sədri Eltac Cəbiyev və “Psixologiya klubunun” rəhbəri Çinara Teymurzadə mövzu ətrafında çıxış ediblər.

(gun.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600