BDU tələbələrindən möhtəşəm fotosərgi
Mayın 17-də “Oda tearı”nda” Tələbə obyektivi” adlı fotosərgi keçirilib.
Yenicag.az xəbər verir ki, sərgidə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsindən olan tələbələrin fotoları nümayiş olunub.
Fotojurnalistikanın inkişafına dəstək və tələbələrə motivasiya vermək üçün keçirilən sərgidə 11 iştirakçının 50 foto işi təqdim edilib. BDU-nun radiojurnalistika fənninin müəllimi Nərmin Nöqtə, daha sonra gənc fotoqraflardan Əziz Elxanoğlu, Əhməd Muxtar və Orxan Əzim Azərbaycanda fotojurnalistikanın ayrıca bir fənn kimi universitetlərdə tədrisinin vacib olduğunu vurğulayıblar. Sərgidə tələbələrdən Nəcəf Nəcəfli, Şirin Abbasov, Məhəmməd Novruzov, İsmət Paşa, İlkin Quliyev, Orxan Səfərli, Aysel Viento, Gülarə Zeynalova, Kamil Əmirli, Maral, Səidə Məmmədovanın fotoları nümayiş olunub.