Belarus Hərbi Hava Qüvvələri təlim keçirir

media-hightechnic-468x90

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə iştirakı ilə avqustun 9-da yeni hərbi təlim keçirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər qoşun növlərinin müəyyən edilmiş hazırlıq planı üzrə keçir.

Hərbi tədbir avqustun 9-dan 25-dək sürəcək.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə keçirdiyi 15 həftəlik təlimi avqustun 13-dək davam edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa