II Qaregin bu cinayətdə ittiham olunur
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginə qarşı çirkli pulların yuyulması şübhəsi ilə cinayət işi açıla bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“İlkin istintaq çərçivəsində kilsəyə məxsus “Şoqakat” televiziya kanalının keçmiş direktoru Mane Kazaryan dindirilib. İstintaq orqanları kilsə vəsaitlərindən ona verilən mənzilin satışı ilə bağlı halları araşdırır. Bu sövdələşmə II Qareginin iştirakı ilə çirkli pulların yuyulması sxemi kimi nəzərdən keçirilir”, – məlumatda bildirilib.
Qeyd edək ki, 2011-ci ildə Erməni Apostol Kilsəsi tərəfindən təsis edilmiş “Şoqakat” mənəvi və mədəni ictimai televiziya şirkəti Ermənistan hökumətinin qərarı ilə 1 yanvar 2026-cı ildə fəaliyyətini dayandırıb./axar.az












