Belarus vətəndaşlarının “Astara”dan təxliyəsi həyata keçirildi

media-hightechnic-468x90

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi uğurla başa çatdırılıb.

Yenicag.az xəbər verir ki, bu dəfə təxliyə olunanlar Belarus Respublikasının vətəndaşlarıdır.

Təxliyə olunan şəxslər əvvəlcədən müəyyən olunmuş sənəd və qayda tələblərinə uyğun şəkildə sərhəd yoxlamasından keçiblər. Yoxlamalardan sonra onların ölkə ərazisində təhlükəsiz hərəkəti üçün müvafiq nəqliyyat vasitələri ayrılıb və qrup paytaxt Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş edib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600