Belçika Kraliçasından Türkiyəyə tarixi səfər: 40 strateji saziş imzalanacaq

media-hightechnic-468x90

Yenicag.az xəbər verir ki, Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo, Kraliça Matildanın rəhbərliyi ilə 10-14 may tarixlərində Türkiyəyə reallaşacaq nəhəng iqtisadi missiya öncəsi mühüm bəyanatlar verib. Nazir Türkiyəni Avropa üçün “vazkeçilməz strateji tərəfdaş” adlandırıb.

media-banner_tkm

Nazir Prevo iki ölkə arasındakı münasibətlərin 1838-ci ilə dayanan dərin tarixi köklərinə toxunaraq, Türkiyənin Belçika üçün Aİ xaricində 5-ci ən böyük ixrac bazarı olduğunu vurğulayıb:

“Bu, indiyədək təşkil etdiyimiz ən böyük heyətdir. Türkiyəni Belçikanın həqiqi strateji tərəfdaşı kimi gördüyümüzü nümayiş etdiririk.”

Səfər çərçivəsində müdafiə, logistika, aviasiya və enerji sektorlarını əhatə edən 40-a yaxın strateji sazişin imzalanması gözlənilir. Xüsusilə Türkiyənin müdafiə sənayesindəki 300 faizli artımı yüksək qiymətləndirən Prevo, bu sahədə əməkdaşlığın prioritet olduğunu bildirib.

Qeyd edək ki, Kraliça Matildanı Türkiyə səfərində iş dünyası və elmi dairələri təmsil edən 450 nəfərlik nəhəng heyət müşayiət edir.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05