Belçikada qatar məktəb avtobusuna çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB
Belçikanın Flamand regionunda yerləşən Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobusun qatarla toqquşması nəticəsində 4 nəfər ölüb.
Yenicag.az-ın xəbərinə görə, Baş nazirin müavini Maksim Prevot “X”-də yazıb ki, qəza zamanı ikisi uşaq olmaqla, 4 nəfər ölüb.
***
Antverpen və Brüssel (Belçika) arasında yerləşən Buqqenhaut şəhərindəki dəmir yolu keçidində qatar məktəb avtobusu ilə toqquşub, nəticədə bir neçə nəfər həlak olub.
Yenicag.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri xəbər verib.
Həlak olanların və yaralananların dəqiq sayı açıqlanmır. Qatarın təxminən 100 sərnişini təxliyə edilib və onlara tibbi yardım göstərilir.
Bildirilib ki, kiçik məktəb avtobusunda yeddi şagird, sürücü və bir müşayiətçi olub./report/












