Belçikada silahlı münaqişə: Qumbaralar atıldı

media-hightechnic-468x90

Belçikanın VTM kommersiya teleşirkətinin verdiyi məlumata görə, Antverpen şəhərində iki avtomobilin altına döyüş qumbaraları atılıb, nəticədə hər iki maşın sıradan çıxıb.

Yenicag.az xəbər verir ki, polis, yanğınsöndürmə xidməti və partladıcı maddələri zərərsizləşdirən DOVO xidmətinin nümayəndələri dərhal hadisə yerinə gəliblər.

Polisin məlumatında deyilir: “Bu maşınların altına iki qumbara atılıb. Avtomobillər və yaxınlıqda saxlanılmış bir neçə başqa maşın ciddi zədə alıb”.

Küçədə parklanmış bir neçə maşının pəncərələri çilik-çilik olub. Partlayış nəticəsində yaxınlıqdakı evlərin fasadları da zədə alıb./AZƏRTAC/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600