!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bələdiyyə sənədi ilə mülk alanların DİQQƏTİNƏ: "Bu halda əmlak geri alına bilər" - İZAH

!Reklam – Yazi

“Ərazi üzrə daşınmaz əmlak tikilibsə və mənzilə ünvan verilibsə, bu halda mənzil mütləq şəkildə çıxarışla təmin olunmalıdır”.

Bu sözləri o vaxtı bələdiyyələr tərəfindən satılan çıxarışsız mənzil sahiblərinin üzləşdikləri problemlərə toxunan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün bələdiyyələr mənzil satışında iştirak etməsələr də, zamanında satdıqları sənədsiz torpaq sahələrində mənzil tikən vətəndaşlar müəyyən çətinliklərlə üzləşirlər. Bu problemin həlli isə vacibdir:

“2007-ci ildən etibarən bələdiyyələrin torpaq satmaq hüququ bitib. Əvvəlki dövrlərdə bələdiyyələr vətəndaşa torpaq sataraq öz büdcələrini formalaşdırırdılar. Bu gün təkcə Bakı və Abşeron yarımadasında yüz minlərlə çıxarışı olmayan həyət evləri var və onların böyük hissəsinin sənədi bələdiyyə sərəncamı ilə verilib. O sərəncam vaxtında hansısa şəxslərə verilib və o şəxslər etibarnamə ilə torpaq sahələrini satıblar. Bu gün artıq həmin ərazilərdə böyük kəndlər, qəsəbələr və yaşayış massivləri salınıb. Lakin ərazi üzrə çıxarış mövcud deyil.

Hazırkı məqamda başqa alternativ satış mexanizmi olmadığına görə, sadəcə bir şəxs evi digərinə satanda qeydiyyatdan çıxır və yeni alıcılar qeydiyyata düşür. Daha sonra işıq, qaz və su sayğaclarını öz adlarına keçirirlər. Vətəndaş bu mexanizmlə evə sahib olur. Bütün hallarda bu mexanizm anormal haldır. Ərazi üzrə daşınmaz əmlak tikilibsə və mənzilə ünvan verilibsə, bu halda mənzil mütləq şəkildə çıxarışla təmin olunmalıdır. Əgər mənzilin çıxarışı olarsa, satış zamanı dövlət də vergidən yararlana bilər. Bu isə bank sferasının işlək vəziyyətinə təkan verəcək. Nəzərə almaq laızmdır ki, çıxarışı olmayan mənzili sığortalamaq da mümkün deyil. Nəticədə, mənzildə hansısa fors-major halı baş verəndə vətəndaşa dəymiş zərər ödənmir.

Bu gün çıxarış ala bilməyən vətəndaşlar mənzili yalnız qeydiyyata salma və ya etibarnamə yolu ilə sata bilirlər. Daşınmaz əmlakın etibarnamə ilə satışı isə olduqca təhlükəlidir. Çünki etibarnamənin bir müddəti var. Əgər etibarnamə verən şəxs vəfat edərsə, bu halda sənədin mənzil üzərindəki hökmü itir. Vəfat edən şəxsin vərəsələri və ya yaxınları isə məhkəmədə iddia qaldıraraq, mənzili alan şəxsdən əmlakı geri ala bilərlər. Çünki qanun buna icazə verir.

Torpaq ərazisi adına olan şəxsin vəfatından sonra vərəsə və ya ailə üzvünün məhkəməyə iddia ilə müraciət etməməsi üçün vəsiyyət verməyində isə əsaslı səbəb olmalıdır. Vəsiyyət isə adətən qəbul olunmur. Ona görə də etibarnamə ilə bir mənzil dəfələrlə satılması halları artıb. Yalnız qanunda dəyişiklik olarsa, adına torpaq sahəsi olan şəxsin vəfatından sonra yaxınları məhkəməyə iddia verə bilməzlər”.

www.yenicag.az

4105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv