Bellinqem iki oyunluq cəzalandırıldı

media-hightechnic-468x90

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem iki oyunluq cəzalanıb.

media-banner_tkm

Yenicag.az “AS” nəşrinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin La Liqanın XXIV turunda “Osasuna” ilə oyunda (1:1) hakimin ünvanına qeyri-etik ifadələr səsləndirdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi ingiltərəli oyunçunun hakim Munuera Monteroya qarşı işlətdiyi sözləri təhqiredici hesab edib. Buna görə də futbolçu ölkə çempionatında fevralın 23-də “Jirona”ya, martın 2-də isə “Betis”ə qarşı keçiriləcək matçları buraxacaq. Qadağa İspaniya Kral Kubokunun yarımfinalında “Real Sosyedad”la fevralın 26-da təşkil olunacaq ilk matça şamil edilməyəcək.

Madrid təmsilçisi RFEF-in qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Bellinqem görüşdən sonra referini təhqir etmədiyini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05