“Benfika” mənim səviyyəmə qayıdışdır” - Mourinyo

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, “Benfika” Joze Mourinyonu baş məşqçi postuna təyin edib. Lissabon təmsilçisi 62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bunları deyib:

“Mən “Fənərbağça”nı çalışdırmaqla səhv etdim. “Benfika” isə mənim səviyyəmə qayıdışdır, çünki mənim səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır”.

Qeyd edək ki, Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lageni əvəzləyib. Lage Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa