Gürcüstanda yanacaq bahalaşdı

media-hightechnic-468x90

Gürcüstanda son 2-3 həftə ərzində yanacağın qiyməti artıb.

Yenicag.az xəbər verir ki, bir sıra yanacaq doldurma məntəqələrində müxtəlif yanacaq növləri 4-5 tetri bahalaşıb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyində bahalaşmanı beynəlxalq bazarlarda yanacağın idxal qiymətinin artması və larinin ABŞ dollarına münasibətdə dəyər itirməsi ilə izah ediblər.

Qeyd edək ki, qonşu ölkədə oktyabr ayından etibarən yanacağın qiymətində artım müşahidə olunur. Noyabrın sonunda da yanacaq 7-10 tetri arasında bahalaşıb. Oktyabr-noyabr aylarında yanacağın qiymətində təxminən 15 tetri artım qeydə alınıb./Report/

media-ziraat-728x90

Benzin bahalaşdı

media-hightechnic-468x90

pic_9f16db09b18660c46c2cf2e4bfa08868Sentyabrın ilk həftəsində Rusiyada yanacağın növündən asılı olaraq benzinin qiyməti 1,6 – 1,7 faiz qalxıb.

Məlumata əsasən, “Aİ-92” markalı benzinin bir tonun birja dəyəri 41 min 870 rubldur. Neft şirkətləri qiymət artımını Rusiya və Belarusda ən böyük neft emalı zavodlarında təmir işlərinin aparılması ilə əlaqələndirib.

Rusiya Energetika Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Bildirilir ki, bir sıra neft şirkətləri nazirliyin neft məhsulları ehtiyatının 1,75 milyard tona qədər artırılması barədə tövsiyəsini yerinə yetirməyib. Nazirlik faktla bağlı araşdırmalara başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600