Bərbər və gözəllik salonları belə işləyə bilər - QAYDALAR AÇIQLANDI

media-hightechnic-468x90

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

Yenicag.az-ın məlumatına görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Qaydalara aşağıdakılardır:

  • Onlayn növbə qəbul sisteminin tətbiqi;
  • Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
  • İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
  • Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
  • olunmalıdır;
  • Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
  • Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
  • əlcəkdən istifadəsi məcburidir;
  • Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
  • Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
  • dezinfeksiya edilməlidir;
  • Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
  • Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600