Bərdədə 32 yaşlı kişi özünü yandırıb

media-hightechnic-468x90

Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayon məhkəməsinin binası qarşısında olub.

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Həmidov Ramin Rəhim oğlu üzərinə benzin tökərək özünə od vurub.

Otuz iki yaşlı gənc təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər

Hadisəyə səbəb məhkəmənin həyat yoldaşından ayrılan R.Həmidov barəsində aliment ödənişi qərarının cıxarması olub. O, məhkəmənin qərarına etiraz edərək özünü yandırıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa