Bərdədə ağır qəza – Ölənlər var

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, iyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.